14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Bayden: "Estafeti gənc nəslə ötürməyin vaxtıdır"
Tarix: 25-07-2024 10:05 | Bölmə: Manşet

RİA Novosti xəbər verir ki, ABŞ prezidenti Co Bayden ölkə vətəndaşlarına xüsusi müraciət edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, çıxışında Ağ Evin rəhbəri qeyd edib ki, o, ikinci müddətə ölkə prezidenti kimi seçilməyə layiqdir, lakin “Amerika demokratiyasının rifahı naminə öz ambisiyalarından əl çəkməyə” qərar verib.
Bayden dedi ki, "onun estafeti gənc nəslə ötürməsinin vaxtı çatıb" və o, seçimini etdi. O, həmvətənlərini qarşıdan gələn prezident seçkilərində Kamala Harrisin namizədliyini dəstəkləməyə çağırıb.
"O, təcrübəlidir. Sərtdir. Bacarıqlıdır. O, mənim üçün inanılmaz tərəfdaş olub... İndi seçim sizindir, Amerika xalqı", - prezident deyib.
İyulun 21-də Co Bayden prezidentlik yarışını tərk etdiyini, lakin səlahiyyət müddətinin sonuna qədər bu vəzifədə qalmaq niyyətində olduğunu açıqladı. O, bu ilin noyabrında keçiriləcək prezident seçkilərində vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib.
ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin edilib. Respublikaçılar Partiyasından namizədliyi irəli sürülmüş Donald Tramp Demokratlar Partiyasının namizədi ilə yarışacaq.


Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər