14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Polis Kapitoliyada nümayişçilərə qarşı qazdan istifadə edib
Tarix: 25-07-2024 00:03 | Bölmə: Manşet

Vaşinqton polisi ABŞ Konqresinin binası yaxınlığında etirazçılara bibər qazından istifadə etməli olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə RİA Novosti yazır. İsrailin baş naziri Binyamin Netanyahunun tezliklə Kapitoli təpəsində çıxış edəcəyi bildirilir.
Polis nümayişçi izdihamını geri itələməyə çalışsa da, onlar buna əməl etməyiblər. Bu səbəbdən hüquq-mühafizə orqanlarının əməkdaşları bibər qazına əl atmalı olublar.
Bundan əvvəl ABŞ paytaxtının mərkəzinə aqressiv vətəndaşların toplaşdığı məlum olub. Onlar Fələstin tərəfdarı şüarlar səsləndirir, həmçinin İsrail və Netanyahunu təhqir edən bayraqlar və plakatlar tuturlar.


Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər