14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Rusiya Xarici İşlər Nazirliyi: Rusiya Federasiyası ilə dialoq üçün Yaponiya anti-Rusiya kursundan əl çəkməlidir
Tarix: 24-07-2024 11:22 | Bölmə: Manşet

Rəsmi Tokio Rusiyaya qarşı qeyri-dost siyasətindən əl çəkməyənə qədər Yaponiya ilə normal dövlətlərarası dialoqa qayıtmaq mümkün deyil, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, diplomatın sözlərinə görə, Ukrayna ilə bağlı vəziyyətdə Yaponiya Rusiya Federasiyasına qarşı düşmənçilik siyasətinin lehinə “uzaqgörən seçim” edib. Ona görə də Rusiya bu ölkə ilə münasibətlərində “yalnız milli maraqları” rəhbər tutmaq niyyətindədir, Rudenko TASS-a müsahibəsində izah edib.
Bir gün əvvəl Rusiya 13 Yaponiya vətəndaşına qarşı sanksiyalar tətbiq edərək, onların Rusiya Federasiyasına girişinə qadağa qoyub. Xüsusilə, beynəlxalq əməkdaşlıq agentliyinin rəhbəri Tanaka Akihiko, “Toyota Motor”un idarə heyətinin sədri Toeda Akio və “Rakuten”in yaradıcısı Hiroşi Makitani “qara siyahı”ya salınıb. Rusiya Xarici İşlər Nazirliyi izah edib ki, bunlar cavab tədbirləridir.
Yaponiya hökuməti bəyan edib ki, o, Rusiyanın bu cür addımlarını qəbuledilməz hesab edir, çünki bu addımlar yapon şirkətlərinin qanuni fəaliyyətini məhdudlaşdırır.


Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər