Bütün xəbərlər
Szijyarto: Macarıstan neft məsələsi həll olunana qədər Kiyevə yardımın qarşısını alacaq
Tarix: 23-07-2024 16:37 | Bölmə: Manşet

Budapeşt Ukrayna tərəfinin Rusiyanın “Lukoyl” şirkətinin neft tranzitini dayandırması ilə bağlı problem həll olunana qədər Avropa Sülh Fondundan Kiyevə yardımın qarşısını almağa davam edəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
Diplomat qeyd edib ki, Macarıstan vəziyyət nizamlanana qədər mövqeyini dəyişməyəcək. Onun sözlərini "Reuters" agentliyi sitat gətirir.
Bundan əvvəl Kiyev Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirləri sərtləşdirib. Nəticədə Ukrayna ərazisindən keçən “Drujba” neft kəməri ilə Rusiya neftinin Macarıstan və Slovakiyaya tranziti dayandırılıb.
Rusiya Xarici İşlər Nazirliyi Kiyevin Rusiya Federasiyasından neft tranzitini məhdudlaşdırmasını “manipulyasiya düyməsi” adlandırıb.


Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər