14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Harris prezidentliyə namizəd olmaq üçün kifayət qədər səs toplayıb
Tarix: 23-07-2024 10:07 | Bölmə: Manşet

"Associated Press"in hesablamalarına görə, ABŞ-ın vitse-prezidenti artıq Demokratlar Partiyasının qarşıdan gələn qurultayında təxminən 2,6 min nümayəndənin dəstəyini qazanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris ölkə prezidentliyinə namizəd kimi rəsmən təsdiq olunmaq üçün Demokratlar Partiyasının qarşıdan gələn qurultayında nümayəndələrdən kifayət qədər səs toplayır. Bu barədə "Associated Press" sorğuların nəticələrinə əsasən məlumat yayıb.
Onun hesablamalarına görə, Harris artıq 2579 nümayəndənin dəstəyini qazanıb. Qeyd edildiyi kimi, partiyanın təsdiqi üçün 1976 səs lazımdır.
ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin edilib. Ağ Evin hazırkı rəhbəri Co Bayden daha əvvəl prezidentlik yarışından geri çəkildiyini açıqlamışdı.
Vəziyyəti şərh edən Respublikaçılar Partiyasının namizədi Donald Tramp “iki demokrat nümayəndəsini eyni anda məğlub etmək üçün unikal fürsət” elan edib.



Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər