14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Borrell: "Aİ Ermənistanla vizasız gediş-gəlişlə bağlı danışıqlara başlamaq qərarına gəlib"
Tarix: 22-07-2024 22:53 | Bölmə: Manşet

Avropa İttifaqı Ermənistanla viza rejiminin ləğvi ilə bağlı danışıqlara başlayacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu qərarı Aİ xarici işlər nazirləri bazar ertəsi, iyulun 22-də keçirilən iclasda qəbul ediblər.
Avropa diplomatiyasının rəhbəri Josep Borrell bu qərarları İrəvanla münasibətlər üçün “tarixi” adlandırıb. Onun sözlərini TASS sitat gətirir.
Avropa İttifaqının xarici işlər nazirləri vizasız gediş-gəlişlə bağlı danışıqlardan əlavə, Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro məbləğində hərbi yardım proqramını təsdiqləyiblər.
Bu proqram İrəvana silah tədarükünü nəzərdə tutmur, Aİ Şurası daha əvvəl bildirmişdi. Söhbət hərbi qulluqçuların ehtiyacları üçün çadırlardan gedir.


Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər