14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Paşinyanın Londonda görüşməkdən imtina etməsi Əliyevi təəccübləndirib
Tarix: 20-07-2024 20:31 | Bölmə: Manşet

Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bu həftə Londonda görüşməkdən imtina etməsinə təəccübləndiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “bu görüş Böyük Britaniya hökumətinin təşəbbüsü və təklifi idi, lakin Ermənistan tərəfi bu təklifi rədd etdi”, - Azərbaycan prezidenti media forumunda deyib.
Onun sözlərinə görə, danışıqlar Almaniya kansleri Olaf Şoltsun bu ilin fevralında təşkil etdiyi danışıqlara oxşar olmalı idi.
“...Baş nazir Paşinyan bundan imtina etdi”, - Əliyev deyib.
O, həmçinin ritorik sual verdi: “Mənimlə danışmaq istəmirsə, onda hansı sülh sazişindən danışa bilərik?”
“Bir çox məsələlər çox mübahisəlidir, amma biz görəcəyik”, - deyə, Azərbaycan dövlət başçısı yekunlaşdırıb.


Baxış sayı: 386


Bölməyə aid digər xəbərlər