Bütün xəbərlər
ABŞ Rusiya ərazisinin dərinliklərinə endirilən zərbələrlə bağlı mövqeyinə yenidən baxa bilər
Tarix: 20-07-2024 08:35 | Bölmə: Manşet

ABŞ Rusiya ərazisinin dərinliklərinə endirilən zərbələrlə bağlı mövqeyinə yenidən baxa bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
Amerika rəsmisi qeyd edib ki, Rusiya Xarkova qarşı yeni hücuma başlayıb. Sallivanın fikrincə, sağlam düşüncə Kiyevə qisas almaq imkanı verilməsini tələb edirdi.
Eyni zamanda, ABŞ prezidentinin müşaviri qeyd edib ki, Vaşinqton Rusiya ərazisinə zərbələr endirilməsi ilə bağlı birmənalı cavab verə bilməz. “Mövcud mövqeyə görə, şərait dəyişib”, - deyə, RİA Novosti Ceyk Sullivana istinadən bildirib.
Bundan əvvəl Pentaqon bildirib ki, ABŞ Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün Amerika silahlarından istifadə etməyə icazə vermir. Lakin bu şərt dəyişə bilər, deyə, ölkənin Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq bildirib.


Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər