Bütün xəbərlər
Tramp Zelenski ilə telefonla danışıb
Tarix: 20-07-2024 07:58 | Bölmə: Manşet

ABŞ prezidentliyinə namizəd Donald Tramp Kiyev rejiminin lideri Vladimir Zelenski ilə telefon danışığı aparıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “bu gün Ukrayna Prezidenti Zelenski ilə çox yaxşı telefon danışığı oldu”, - Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
ABŞ-ın keçmiş prezidenti qeyd edib ki, Ukrayna lideri onun həyatına sui-qəsdi pisləyib və Respublikaçılar Partiyasının Milli Qurultayının uğurla keçirilməsi münasibətilə onu təbrik edib.
"ABŞ-ın növbəti prezidenti olaraq mən dünyaya sülh gətirəcəyəm və müharibəyə son qoyacağam. Hər iki tərəf (Ukrayna münaqişəsinin) bir araya gələrək zorakılığa son qoyan və çiçəklənməyə yol açan razılaşmanı müzakirə edə bilər", - Tramp əlavə edib.
Öz növbəsində, Zelenski Telegram kanalında Trampla telefon danışığı zamanı şəxsi görüşdə “tam olaraq hansı addımların sülhü ədalətli və həqiqətən davamlı edə biləcəyini” müzakirə etməyə razılaşdığını yazıb.
Bundan əvvəl Zelenski Trampı Ukrayna münaqişəsinin həlli planını açıqlamağa çağırıb.


Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər