Bütün xəbərlər
Tramp gülləni nəhəng ağcaqanad dişləməsi ilə müqayisə edib
Tarix: 16-07-2024 19:16 | Bölmə: Manşet

ABŞ prezidentliyi yarışının iştirakçısı Donald Tramp sui-qəsd zamanı vurulan gülləni ağcaqanad dişləməsi ilə müqayisə edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, Tramp bu barədə kiçik Robert Kennediyə zəngi zamanı danışıb.
"Bu, dünyanın ən böyük ağcaqanadına bənzəyirdi. Bu, güllə idi", - ABŞ-ın keçmiş prezidenti deyib.
Telefon danışığının videosu internetə sızdı və ona görə kiçik Kennedi Trampdan üzr istədi.
Sui-qəsd şənbə günü Tramp tərəfdarları qarşısında çıxış edərkən baş verib. Atıcı podiumdan təxminən 100 metr aralıda damda yer alıb və prezidentlik yarışının iştirakçısına doğru bir neçə dəfə atəş açıb.
ABŞ Məxfi Xidməti cinayətkarı dərhal aradan qaldırıb. FTB rəsmiləri atəş açan şəxsin kimliyini müəyyən edib. Onun 20 yaşlı Tomas Metyu Kruks olduğu üzə çıxıb.
Hücum nəticəsində bir nəfər ölüb, daha iki tamaşaçı isə ağır yaralanıb. Trampın özü sağ qulağından yara alaraq xilas olub.


Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər