Bütün xəbərlər
Lavrov: "ABŞ uzun sürən müharibələrə hazırlaşmağa çağırır"
Tarix: 16-07-2024 19:05 | Bölmə: Manşet

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Vaşinqton müttəfiqlərini uzun sürən müharibələrə hazırlaşmağa çağırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, çərşənbə axşamı Rusiyanın xarici işlər naziri BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak etmək üçün Nyu-Yorka gəlib.
“Keçən gün Pentaqonun rəhbərinin müavini Ketlin Hiks deyib ki, ABŞ və müttəfiqləri “təkcə Avropada deyil, uzun sürən müharibələrə hazırlaşmalıdırlar”.
Lavrovun sözlərinə görə, ASEAN ətrafında yaradılmış inklüziv mexanizmləri əvəz etmək üçün ABŞ və müttəfiqləri onlara tabe olan AUCUS kimi qapalı qarşıdurma bloklarını birləşdirir.
Bundan əlavə, diplomatik idarənin rəhbəri çıxışı zamanı Avropa qitəsində böhranın aradan qaldırılmasına yönəlmiş bir sıra addımların adını çəkib.


Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər