Bütün xəbərlər
Qaret Sautqeyt İngiltərə millisinin baş məşqçisi vəzifəsini tərk edib
Tarix: 16-07-2024 18:59 | Bölmə: Manşet

İngiltərə Futbol Assosiasiyası (FA) Qaret Sautqeytin İngiltərə millisinin baş məşqçisi vəzifəsindən könüllü olaraq istefa verdiyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, baş məşqçi vida şərhlərində artıq dəyişiklik və milli komanda üçün yeni səhifənin vaxtının gəldiyini vurğulayıb.
Sautqeyt 2016-cı ilin sentyabrında İngiltərəyə rəhbərlik edib. Onun rəhbərliyi altında britaniyalılar bütün turnirlərdə 102 oyunda iştirak edib, 64 qələbə qazanıb, 18 məğlubiyyət alıb və 20 dəfə heç-heçə edib.
“Aslanlar” ingilis mütəxəssisin rəhbərliyi altında son iki Avropa çempionatında finala yüksəlib. 2020-ci ildə İngiltərə yığması əsas avro matçında İtaliyaya, 2024-cü ildə isə İspaniyaya uduzub.


Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər