Bütün xəbərlər
Finlandiya prezidenti qaçqınların ölkədən çıxarılması ilə bağlı qanunu imzalayıb
Tarix: 16-07-2024 18:36 | Bölmə: Manşet

Finlandiya prezidenti Aleksandr Stubb qaçqınların qəbulunu məhdudlaşdıran qanunu imzalayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sənəd iyulun 22-dən 1 il müddətinə qüvvəyə minir.
TASS agentliyi yazır ki, sənədə əsasən, hökumət və prezident beynəlxalq müdafiə üçün müraciətlərin qəbuluna məhdudiyyətlər tətbiq etmək hüququna malik olacaqlar.
Bu arada, Avropa Komissiyası hələ də yeni Finlandiya qanununun Aİ standartlarına uyğunluğunu təhlil edir. Bununla belə, Brüssel dərhal qeyd etdi ki, miqrantlardan təzyiq vasitəsi kimi istifadə edilə bilməz və Finlandiyanın öz sərhədini qorumaq hüququ var.
Daha əvvəl Finlandiya KİV-ləri Helsinkinin Rusiya Federasiyası ilə sərhəddə təxminən 120 kilometr meşəni kəsməyi planlaşdırdığı barədə məlumat vermişdilər. Bu, 25 kilometr enində ağacsız zolaq yaratmalıdır.


Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər