Bütün xəbərlər
Modinin artıq X-də 100 milyon abunəçisi var, bu dünya liderləri arasında rekorddur
Tarix: 14-07-2024 19:39 | Bölmə: Manşet

Hindistanın baş naziri Narendra Modi X sosial şəbəkəsində (keçmiş Twitter) abunəçilərin sayına görə rekordçu olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, artıq 100 milyondan çox insan onun səhifəsini izləyir - bu, digər dünya liderlərindən çoxdur.
Müqayisə üçün qeyd edək ki, ABŞ prezidenti Co Baydenin X hesabının 38,1 milyon izləyicisi var. Roma Papası Fransiskin 18,5 milyon, BƏƏ-nin vitse-prezidenti və Dubay hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun isə 11,2 milyon izləyicisi var.
X sosial şəbəkəsində abunəçilərin sayına görə Modi yeddinci yerdədir. Platformanın lideri, iş adamı İlon Mask (189,6 milyon). “Gümüş” ABŞ-ın keçmiş prezidenti Barak Obamaya (131,7 milyon) məxsusdur. İlk üçlüyü futbolçu Kriştiano Ronaldo (112,1 milyon) qapayır.
Bundan əvvəl İlon Mask özünün X səhifəsində bu il Hindistana səfər etmək və baş nazir Narendra Modi ilə görüşmək istədiyini bildirmişdi.


Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər