Bütün xəbərlər
Rusiya və Çinin gəmiləri Sakit okeanda birgə patrul xidməti həyata keçirəcək
Tarix: 14-07-2024 17:56 | Bölmə: Manşet

Çin Müdafiə Nazirliyi bildirir ki, Rusiya və Çin gəmilərinin Sakit Okeanda həyata keçirdiyi birgə dəniz patrulları üçüncü tərəfə qarşı yönəlməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Çin və Rusiyanın Hərbi Dəniz Qüvvələri Sakit Okeanın qərb və şimal hissələrində dördüncü planlaşdırılmış dəniz patrullarına başlayıb. Patrulların beynəlxalq və regional vəziyyətlə heç bir əlaqəsi yoxdur, Çin Müdafiə Nazirliyi qeyd edir.
Bu arada “Qromki” və “Rezki” korvetlərindən ibarət gəmilər dəstəsi “Dəniz əməkdaşlığı - 2024” birgə hərbi dəniz təlimlərində iştirak etmək üçün Çinin Çjanszyan limanına gəlib. Təlimlər iyulun 15-dən 17-dək Çin dəniz qüvvələrinin sualtı qayıq əleyhinə təyyarələrinin iştirakı ilə keçiriləcək.


Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər