Bütün xəbərlər
Çexiya Prezidenti Pavel: "2024-cü ilin sonuna qədər Ukrayna 500 min mərmi alacaq"
Tarix: 13-07-2024 10:55 | Bölmə: Manşet

Bu ilin iyul və avqust aylarında Çexiya təşəbbüsü çərçivəsində Ukrayna 50 min sursat alacaq, Çexiya Prezidenti Petr Pavel bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qeyd olunduğu kimi, sentyabr ayından ilin sonuna qədər Ukrayna hər ay 80-100 min sursatla təmin olunacaq.
RİA Novosti xatırladır ki, Petr Pavel bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransında ilk dəfə olaraq “Çexiya Sursat Təşəbbüsü”nü açıq elan edib. Təşəbbüsə əsasən, Çexiya Ukrayna üçün mərmi alınmasını maliyyələşdirmək istəyən hökumətləri birləşdirən vasitəçi kimi çıxış edəcək. Təşəbbüsü 20-yə yaxın ölkə, o cümlədən Almaniya, Kanada, Hollandiya və Polşa dəstəkləyib. Ukraynanın ümumilikdə 500 minə yaxın mərmi alacağı gözlənilir.
İyunun sonunda Çexiyanın təşəbbüsü çərçivəsində sursatın ilk partiyası Ukraynaya gəlib.


Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər