Bütün xəbərlər
Stoltenberq Belarus-Çin təlimlərinin NATO üçün təhlükə olduğunu qeyd edib
Tarix: 12-07-2024 09:16 | Bölmə: Manşet

NATO-nun baş katibi Yens Stoltenberq Belarus və Çinin birgə təlimlərindən ehtiyat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Belarus və Çin arasında keçirilən təlimlər Çinin Avropada, eləcə də Afrikada, Arktikada və digər yerlərdə NATO-ya necə yaxınlaşdığını nümayiş etdirir”, - TASS Yens Stoltenberqdən sitat gətirir.
Onun sözlərinə görə, təlimlər Ukraynada Rusiyaya dəstək verən “avtoritar rejimlərin əməkdaşlığını” nümayiş etdirir.
Belarus və Çinin hərbi birləşmələri Polşa ilə sərhədə yaxın Brest vilayətində “Hücum edən Şahin” adlı antiterror təlimləri keçirir.
Stoltenberq daha əvvəl Rusiya nüvə qüvvələrinin təlimlərini “ehtiyatsız və təhlükəli çağırış” adlandırmışdı.


Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər