Bütün xəbərlər
Milanın hava limanlarından birinə Berluskoninin adı verilib
Tarix: 11-07-2024 18:27 | Bölmə: Manşet

Milanın üç hava limanından ən böyüyü olan Malpensa İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin adını daşıyacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Ötən həftə İtaliya Nəqliyyat Nazirliyinin rəhbəri Matteo Salvini Milanın hava limanına ötən ilin iyununda dünyasını dəyişən Berluskoninin adının verildiyini açıqlamışdı. Bu gündən müvafiq qərar qüvvəyə minib.
Bu qərarı şəhərin meri Cüzeppe Sala dəstəkləməyib. Onun sözlərinə görə, İtaliya Nəqliyyat Nazirliyi və İtaliya Milli Mülki Aviasiya Xidməti (ENAC) hava limanının istismarı şirkətinə müvafiq prosedur barədə məlumat verməyib.
Ölkənin ən böyük həmkarlar ittifaqı olan İtaliya Ümumi Əmək Konfederasiyası (CGIL) balerina və aktrisa Karla Frakçinin şərəfinə “Malpense” adının verilməsini təklif edib. Lombardiya bölgəsindən olan Demokratlar Partiyasının nümayəndələri Milan hava limanına Berluskoninin adının verilməsinə qarşı petisiyaya başlayıblar.
1936-cı ildə Milanda anadan olan Berluskoni 87 yaşında vəfat edib.


Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər