Bütün xəbərlər
Karl İngiltərə oyunçularını Avro finalında hadisələrin dramatik həddə çatmasına imkan verməməyə çağırıb
Tarix: 11-07-2024 15:59 | Bölmə: Manşet

Böyük Britaniya kralı III Çarlz futbol üzrə İngiltərə milli komandasını Avropa çempionatının finalına yüksəlməsi münasibətilə təbrik edib və kubok uğrunda mübarizədə onlara uğurlar arzulayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Bukingem Sarayının yaydığı müraciətdə monarx zarafatla qeyd edib ki, əgər oyunçular penaltilər seriyasından qaça bilsələr, çox zəif ürəkli azarkeşlər minnətdar olacaqlar. Çarlz III və Kraliça Kamilla bütün kral ailəsi adından komandaya bazar günü ingilislərin ispanlara qarşı oynayacağı finalda uğurlar arzulayıblar.
Bu oyun İngiltərənin Avropa çempionatının finalında ikinci oyunu olacaq. Sonuncu turnirin finalında 1:1 hesablı heç-heçədən sonra penaltilər seriyasında məğlub olan ingilislər İtaliyaya uduzub.
İyulun 10-da İngiltərə yığması yarımfinalda Hollandiya yığmasını məğlub edərək görüşü 2:1 hesabı ilə başa vurub. Həlledici qolu əlavə vaxtda 81-ci dəqiqədə meydana daxil olan Olli Uotkins vurub.


Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər