Bütün xəbərlər
Putin və Modi 2030-cu ilə qədər ticarət dövriyyəsini 100 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyublar
Tarix: 09-07-2024 18:06 | Bölmə: Manşet

Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin Kremldə Rusiya-Hindistan danışıqlarından sonra bildirib ki, prezident Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi 2030-cu ilə qədər Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsini 100 milyard dollara çatdırmağı hədəfləyiblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Ticarətdə dinamika çox yaxşıdır"-Oreşkin deyib. 2024-cü ilin birinci rübündə bu rəqəm 20% artıb.
Putin və Modi milli ödəniş sistemlərinin kartlarından istifadə etməklə nağd ödənişlər məsələsini də müzakirə ediblər. "Bu, ticarət və qarşılıqlı əlaqəni təmin etmək üçün infrastrukturun vacib elementlərindən biridir, həm də sərmayələrin qarşılıqlı əlaqəsidir"-Oreşkin deyib.


Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər