Bütün xəbərlər
Trampın oğlu Yaxın Şərqdə biznesi inkişaf etdirməyi planlaşdırır
Tarix: 07-07-2024 20:13 | Bölmə: Manşet

Erik Tramp İngiltərənin “Financial Times” qəzetinə müsahibəsində qarşıdakı illər üçün planlarını bölüşüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidentinin oğlu Yaxın Şərqdə biznesi inkişaf etdirmək niyyətindədir.
Erik qəzetə deyib: "Biz bu bölgədə tikintidə sürətli artımın şahidi oluruq. Bu, mütləq yaxın gələcəkdə dayanmayacaq.
Gündəmdə Omanda mehmanxana kompleksinin və Səudiyyənin Ciddə şəhərində göydələnin tikintisi var. Eyni zamanda, yaşamaq hüququ olan başqa perspektivli layihələr də var".
"Onlar maraqların toqquşmasına səbəb olmayacaq. Atam hakimiyyətdə deyil, mən də xarici hökumətlərlə iş görmürəm", - Trampın oğlu əlavə edib.


Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər