Bütün xəbərlər
Stoltenberq: "Orban Rusiya Federasiyasına səfəri zamanı NATO-nu deyil, Macarıstanı təmsil edir"
Tarix: 05-07-2024 19:09 | Bölmə: Manşet

NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda keçiriləcək sammitdə Macarıstanın baş naziri Viktor Orbanla Rusiyaya səfərini müzakirə etmək istədiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qeyd olunduğuna görə, Viktor Orban Moskvaya səfəri barədə alyansı məlumatlandırıb.
Təşkilatın baş katibi vurğulayıb ki, səfər zamanı Orban NATO-nu deyil, yalnız Macarıstanı təmsil edir.
Stoltenberq ümid etdiyini bildirib ki, Macarıstanın baş naziri Şimali Atlantika Alyansının sammitinin Rusiya Federasiyasının hərəkətlərini pisləyən yekun bəyannaməsini dəstəkləyəcək.
Bundan əvvəl Kremldə Vladimir Putin və Viktor Orban arasında geniş tərkibdə danışıqların başladığı bildirilirdi.



Baxış sayı: 231


Bölməyə aid digər xəbərlər