Bütün xəbərlər
Putin: "Ukraynada yenidən silahlanma naminə barışıq yox, tam sülh olmalıdır"
Tarix: 05-07-2024 18:55 | Bölmə: Manşet

Ukraynada təkcə atəşkəs və ya yenidən silahlanma məqsədi ilə atəşkəs deyil, münaqişəyə tam son qoyulmalıdır, Rusiya prezidenti Vladimir Putin Macarıstanın baş naziri Viktor Orbanla danışıqlardan sonra jurnalistlərə açıqlamasında deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun vurğuladığına görə, bu, “Kiyev rejiminin itkiləri bərpa etmək, yenidən qruplaşmaq və ya yenidən silahlandırmaq üçün istifadə edə biləcəyi bir növ fasilə” olmamalıdır.
“Rusiya münaqişənin tam və yekun şəkildə sona çatmasının tərəfdarıdır”, - deyə dövlət başçısı bildirib.
Rusiya Federasiyasının Prezidenti iyunun 14-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyində keçirilən görüşdə elan etdiyi sülh təşəbbüsünü bir daha xatırladıb. O qeyd edib ki, təşəbbüsün həyata keçirilməsi hərbi əməliyyatları tamamilə dayandırmağa və danışıqlara başlamağa imkan verəcək.


Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər