Bütün xəbərlər
Qaraçay-Çərkəzdə niqab taxmaq müvəqqəti qadağandır
Tarix: 05-07-2024 06:34 | Bölmə: Manşet

Qaraçay-Çərkəzdə niqab taxmağa qadağa qoyulub, bunu Qaraçay-Çərkəz Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanları üzrə Koordinasiya Mərkəzinin sədri İsmayıl Hacı Berdiyev deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qeyd edildiyi kimi, qadağa qərarı Qaraçay-Çərkəz Müftiliyi tərəfindən verilib. Şəriət üzü tamamilə gizlədən paltar geyinməyi nəzərdə tutmur.
Berdiyev vurğulayıb ki, bu qərar təhlükəsizlik məqsədi ilə verilib. Bu qadağa müvəqqətidir; müəyyən edilmiş təhlükələr aradan qaldırılana və yeni teoloji nəticəyə gəlinənə qədər qüvvədə qalacaq.
Bundan əvvəl Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzi belə qənaətə gəlib ki, niqab taxmaq müsəlmanlara əməli ziyan vurur, həmçinin Rusiyada millətlərarası və dinlərarası münasibətlərdə nifaq təhlükəsi yaradır.



Baxış sayı: 230


Bölməyə aid digər xəbərlər