Bütün xəbərlər
"A Haber": "Ərdoğan zirvə səfərini ləğv edərək futbola getdi"
Tarix: 04-07-2024 18:56 | Bölmə: Manşet

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Azərbaycanda keçiriləcək sammitinə səfərini futbol üzrə Avropa çempionatı ilə əlaqədar ləğv edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Türkiyə lideri iyulun 6-da Berlində Hollandiya ilə Avro-2024-ün 1/4 final matçında qarşılaşacaq milli komandaya dəstək vermək qərarına gəlib. Ərdoğan qərarını UEFA-nın komandanın futbolçusu Merih Dəmirala qarşı başlatdığı araşdırma fonunda Türkiyə millisinin mənəviyyatını artırmaq istəyi ilə izah edib.
Bir müddət əvvəl Türkiyə-Avstriya matçında Türkiyə millisinin müdafiəçisi ikinci qolunu “boz qurdlar”ın ultramillətçi gənclərlə əlaqələndirdiyi “qurd” jesti ilə qeyd etdiyi bildirilirdi. Avstriyada bu təşkilat və jest qadağandır.
"Türk olduğum üçün fəxr edirəm. Qolu vurduqdan sonra bu qüruru dərindən hiss etdim. Azarkeşlərimizin bu jesti tribunada necə göstərdiyini gördüm. Mən də bunu etmək istədim. Burada mesaj yoxdur, sadəcə göstərmək istədim. Nə qədər qürurlu və xoşbəxtəm”, - Dəmiral matçdan sonra deyib.
Lakin UEFA bu epizodu intizam reqlamentinin maddəsinə uyğun olaraq araşdırmaq qərarına gəlib.




Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər