Bütün xəbərlər
Ərdoğan: "Ukrayna və Qəzzada münaqişələrin artması təhlükəsi böyükdür"
Tarix: 04-07-2024 18:37 | Bölmə: Manşet

Ukraynada və Qəzza zolağında münaqişələrin yayılması təhlükəsi son dərəcə yüksəkdir, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çin prezidenti Si Cinpinlə görüşündə bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Türkiyə lideri beynəlxalq ictimaiyyəti bunun baş verməməsi üçün tədbirlər görməyə çağırıb.
Bir müddət əvvəl Astanada keçirilən ŞƏT sammitində Vladimir Putin bildirib ki, Rusiya Ukrayna ilə bağlı sülh danışıqlarından heç vaxt imtina etməyib. Prezident xatırladıb ki, İstanbulda əldə olunmuş razılaşmalar hələ də ortadan qalxmayıb.
Putin danışıqların təşkilinə görə Ərdoğana təşəkkür edib və əlavə edib ki, İstanbul razılaşmaları yeni sülh prosesi üçün əsas ola bilər. Üstəlik, Kiyev rejiminin nümayəndə heyəti onları paraflayıb, ona görə də bu şərtlər Ukrayna üçün kifayət qədər uyğundur.


Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər