Bütün xəbərlər
Si: "ŞƏT ölkələri xarici müdaxilələrə birgə müqavimət göstərməlidir"
Tarix: 04-07-2024 11:39 | Bölmə: Manşet

“Kiçik həyətlər və hündür divarlar” tikmək riskinin real olduğu bir dünyada Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) həyati əhəmiyyət kəsb edir, deyə, Çin sədri Si Cinpin Astanada ŞƏT Dövlət Başçıları Şurasının iclasında qeyd edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Si Cinpinin əminliyinə görə, dünyada dəyişiklik prosesinin sürətləndiyi və bəşəriyyət yenidən “yol ayrıcında” olduğu bir vaxtda ŞƏT “tarixin sağ tərəfindədir”. Çin lideri təşkilatın ədalətli və qərəzsiz olduğunu qeyd edib.
ÇXR sədri deyib ki, ŞƏT üzvləri “kiçik həyətlər və hündür divarlar tikmək” riskinin olduğu bir vaxtda inkişaf hüququnu müdafiə edərək, kənar müdaxilələrə qarşı birgə fəaliyyət göstərməlidirlər.
Onun sözlərinə görə, ŞƏT ölkələri regional iqtisadiyyatı stimullaşdırmalı, texnoloji innovasiyaları təşviq etməli, fasiləsiz və sabit istehsal zəncirlərini təmin etməlidir, RİA Novosti xəbər verir.
Si Cinpin Qazaxıstana səfəri ərəfəsində yazdığı məqalədə qeyd edib ki, qarşıdan gələn ŞƏT sammiti ittifaqa üzv ölkələrin böyük ailəsini birləşdirəcək və əməkdaşlığın yeni səhifəsi açacaq.


Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər