Bütün xəbərlər
Putin ŞƏT sammiti öncəsi fotosessiyada Tokayevlə Rahmon arasında dayanıb
Tarix: 04-07-2024 11:30 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti başlamazdan əvvəl rəsmi fotosessiyada iştirak edib; onun qonşuları Qazaxıstan və Tacikistan prezidentləri Qasım-Jomart Tokayev və Emoməli Rahmon olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mərkəzdə Çin sədri Si Cinpin və sammitə ev sahibliyi edən ölkənin lideri Tokayev olub. Tokayevin sağında Putin, ondan sonra Rahmon, onun arxasında Belarus prezidenti Aleksandr Lukaşenko və Pakistan prezidenti Asif Əli Zərdari var.
Si Cinpinin solunda Özbəkistan prezidenti Şavkat Mirziyoyev dayanıb.
İyulun 3-4-də Astanada ŞƏT sammiti keçirilir. Cümə axşamı iclası Belarusun təşkilata üzvlüyünə qəbulu ilə başlayıb.


Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər