Bütün xəbərlər
Lukaşenko amerikalıları Müstəqillik Günü münasibətilə təbrik edib
Tarix: 04-07-2024 11:24 | Bölmə: Manşet

Belarus lideri Aleksandr Lukaşenko amerikalıları Müstəqillik Günü münasibətilə təbrik edib, onları Belarusa dəvət edib və onlara buludsuz səma arzulayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Belarus prezidentinin saytında dərc olunan təbrikdə Lukaşenkonun qeyd etdiyinə görə, Minsk həmişə Vaşinqtonla konstruktiv təmasların vacibliyindən çıxış edib.
O, Belarus xalqına nasizmlə mübarizədə, müharibədən sonra ölkənin bərpasında və Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında kömək edən sadə amerikalıların səylərinin dəyərini qeyd edib.
Lukaşenko amerikalıları Belarusa gəlməyə və ölkə haqqında şəxsi təəssürat almağa dəvət etdiyini bildirib.
Belarus lideri əmindir ki, “çoxları xoş təəccüblənəcək”.
ABŞ-da Müstəqillik Günü 4 iyulda qeyd olunur. 1776-cı ilin bu günündə 13 ştatın nümayəndələri Filadelfiyada ABŞ-ın Britaniyadan asılı olmayan müstəqil dövlət elan edilməsi haqqında sənəd imzaladılar.


Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər