Bütün xəbərlər
Keniyadakı ruslara iyulun 4-də evdə qalmaları tövsiyə olunur
Tarix: 03-07-2024 18:21 | Bölmə: Manşet

Keniyanın paytaxtı və digər şəhərlərdə vəziyyətin gərginləşməsi riski ilə əlaqədar Rusiyanın Nayrobidəki səfirliyi bu ölkədəki ruslara müraciət edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Diplomatik nümayəndəliyin Telegram kanalında diplomatlar Rusiya vətəndaşlarına ehtiyat tədbirlərinin görülməsinin vacibliyini xatırladıb və iyulun 4-də zərurət olmadıqda yaşayış yerini tərk etməməyi tövsiyə ediblər.
Keniyada vergi artımına qarşı kütləvi etirazlar keçirilir. Ölənlər var.
TASS xəbər verir ki, bir gün əvvəl bütün ölkədə etiraz aksiyaları yenidən başlayıb, 270-dən çox insan saxlanılıb.


Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər