Bütün xəbərlər
Novak: "Putin və Ərdoğan Rusiya Federasiyası ilə Türkiyə arasında ödəniş məsələlərini müzakirə ediblər"
Tarix: 03-07-2024 18:03 | Bölmə: Manşet

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Tayyib Ərdoğan ölkələr arasında ödənişləri müzakirə ediblər, Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dövlət başçıları Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşüblər.
Novakın sözlərinə görə, Putin və Ərdoğan ölkələrin bankları arasında ödəniş sistemi və qarşılıqlı hesablaşmalar, təsərrüfat subyektlərinin qarşılıqlı əlaqəsi və kənd təsərrüfatı məhsullarının tədarükü barədə danışıblar. Dövlət rəhbərləri turist axınının artdığını da qeyd ediblər.
Baş nazirin müavini vurğulayıb ki, ilin birinci yarısında Rusiya Federasiyası ilə Türkiyə arasında ticarət dövriyyəsi təxminən 2023-cü il səviyyəsində qalıb - o, cəmi 1% azalaraq, təxminən 28 milyard dollar təşkil edib.
İyunun 3-dən 4-dək Astanada ŞƏT sammiti keçiriləcək.


Baxış sayı: 80


Bölməyə aid digər xəbərlər