Bütün xəbərlər
ABŞ məhkəməsi LNG ixracına qoyulan qadağanı ləğv edib
Tarix: 02-07-2024 09:38 | Bölmə: Manşet

Məhkəmə Luiziana Dairə Məhkəməsinin qərarına əsasən, ABŞ prezidenti Co Bayden administrasiyası tərəfindən LNG ixracına qoyulan qadağanı ləğv edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Məhkəmənin qərarında deyilir: “İddiaçıların LNG ixracına qoyulan qadağanın məhkəməyə qədər götürülməsi hüququ var.
16 ştatın məhkəməyə müraciət etdiyi qeyd edilir. Onlar Baydenin qərarının federal qanunları pozduğunu bildiriblər.
Bu ilin əvvəlində Ağ Ev iki ildir dünya bazarlarında Rusiya xammalını aktiv şəkildə əvəz edən LNG-nin ixracı üçün icazələrin verilməsində fasilə elan edib. O, bu qərarını iqlim dəyişikliyi ilə bağlı vəziyyətlə izah edib.


Baxış sayı: 62


Bölməyə aid digər xəbərlər