Bütün xəbərlər
İsrailin Serbiyadakı səfirliyi yaxınlığında jandarmaya edilən hücumun hədəfi sinaqoq olub
Tarix: 30-06-2024 22:19 | Bölmə: Manşet

Serbiya İsrail səfirliyində insidentlə bağlı araşdırmaları davam etdirir. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisələrin xronologiyasını bərpa ediblər.
İlkin versiyaya görə, hücumun əsas hədəfi diplomatik nümayəndəlik olmayıb.
Hücum edən şəxs sinaqoqa hücum etməyi planlaşdırıb. Lakin terrorçu polis tərəfindən qorxuya düşüb. Nəticədə radikal hüceyrənin üzvü səfirliyə gələrək jandarma arbaletlə atəş açıb.
Serbiyanın daxili işlər naziri İvitsa Daçiç deyib: “Miloş Jevremoviçin qəhrəmanlıq hərəkəti sayəsində terror hücumu dayandırıldı".
34 yaşlı jandarma zabitinin hazırda xəstəxanada müalicəsi davam edir. O, əməliyyat olunub. Bazar günü nazir hüquq-mühafizə orqanının əməkdaşına baş çəkib.



Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər