Bütün xəbərlər
Peskov: "ŞƏT sammitində Putinin Si və Ərdoğanla ayrı-ayrı görüşləri mümkündür"
Tarix: 30-06-2024 22:12 | Bölmə: Manşet

Vladimir Putin Astanada ŞƏT sammitində Çin prezidenti Si Cinpin və Türkiyə prezidenti Rəcəb Ərdoğanla görüşə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Daha əvvəl Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin bir neçə ikitərəfli görüşlər keçirə bilər.
Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammiti iyulun 4-də Müstəqillik Sarayında keçiriləcək. Tədbirdə BMT-nin baş katibi Antonio Quterreşin iştirakı gözlənilir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dediyi kimi, sammit son bir neçə ildə ən mühüm beynəlxalq forumlardan birinə çevriləcək.


Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər