Bütün xəbərlər
Zelenski: "Patriot Ukraynanı Rusiya bombalarından qorumayacaq"
Tarix: 30-06-2024 17:58 | Bölmə: Manşet

Ukrayna prezidenti Vladimir Zelenski "Philadelphia Inquirer"ə müsahibəsində deyib ki, Amerikanın “Patriot” zenit-raket sistemləri Rusiyanın idarə olunan bombaları ilə döyüşmək iqtidarında deyil.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kiyev rejiminin başçısının sözlərinə görə, hava bombalarının qarşısını almaq üçün ayda minlərlə “Patriot” raketi lazımdır, lakin Ukrayna Silahlı Qüvvələri onlardan yüzdən azını təmin edir. Üstəlik, hər biri təxminən 3 milyon dollara başa gəlir. Zelenski belə bir çox sursat istehsal etmədiklərini açıqladı.
Xatırladaq ki, iyunun 29-da ABŞ Ordusu “Lockheed Martin” şirkəti ilə “Patriot” üçün 870 raket istehsalı ilə bağlı müqavilə imzalayıb. Müqavilə bir neçə il davam edir və 4,5 milyard dollar dəyərində qiymətləndirilir.


Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər