Bütün xəbərlər
Orban: "Avropanı böhrandan ancaq sağçı partiyalar çıxara bilər"
Tarix: 29-06-2024 15:48 | Bölmə: Manşet

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, yalnız ənənəvi dəyərlərə sadiq qalan sağçı partiyalar Avropanı böhrandan çıxara bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Magyar Nemzet" Orbana istinadən  yazıb: "Avropa böhrandan keçir və həyatımızın çərçivəsini müəyyən edən xristian sivilizasiyası yox olur".
Macarıstanın baş nazirinin sözlərinə görə, siyasi məqsədlərinə çatmağa davam edəcək sağçı partiyalar Avropanı böhrandan çıxara biləcəklər. Bunun üçün onlar Avropa Parlamentində güclü fraksiyalar yaratmalı, sonra onlar arasında əməkdaşlıq qurmalıdırlar.
Daha əvvəl Orban bildirib ki, Qərbin Ukraynadakı münaqişədən qalib çıxmaq üçün bütün cəhdləri ümidsizdir, çünki qiymət “əlçatmaz” olacaq.


Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər