Bütün xəbərlər
Estoniyanın hakim partiyası iqlim naziri Mixalı baş nazirliyə namizəd kimi irəli sürüb
Tarix: 29-06-2024 15:40 | Bölmə: Manşet

Estoniyada hakim İslahat Partiyası ölkənin baş naziri postuna Kaja Kallasın yerinə İqlim naziri Kristen Mixalın namizədliyini irəli sürüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Estoniyanın baş naziri vəzifəsini tutan Kallas Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə yeni ali nümayəndəsi təyin edilib.
Mixalın sözlərinə görə, koalisiya sazişinə yenidən baxılarkən “milli müdafiənin etibarlılığı, iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsi və dövlət maliyyəsinin daha da yaxşılaşdırılması” prioritet olacaq. Mixal yeni koalisiya sazişi və gələcək koalisiyanın tərkibi ilə bağlı danışıqlar aparmaq üçün bir gün əvvəl yaradılmış nümayəndə heyətinə rəhbərlik edəcək.
İslahat Partiyasının idarə heyətinin şənbə günü keçirilən iclasında həmçinin sentyabrın 8-də keçiriləcək qurultayda onun yeni sədrinin seçilməsi qərara alınıb.


Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər