Bütün xəbərlər
Zelenski: "Ukrayna ilin sonuna qədər münaqişənin həlli planını hazırlayacaq"
Tarix: 28-06-2024 20:01 | Bölmə: Manşet

Ukrayna prezidenti Vladimir Zelenski Sloveniya rəhbəri Nataşa Pirc-Musarla keçirdiyi mətbuat konfransında Kiyev rejimi 2024-cü ilin sonuna qədər silahlı münaqişənin həlli üçün ətraflı plan hazırlayacağını vəd edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ukrayna liderinin sözlərinə görə, ölkə hakimiyyəti qarşıdurmanı uzatmaq istəmir və ədalətli sülhə ümid edir.
Zelenski həmçinin əlavə edib ki, Kiyev həmçinin enerji, ərzaq təhlükəsizliyi və məhbus mübadiləsi ilə bağlı planlar hazırlayır.
Bundan əvvəl Rusiya Federasiyasının Xarici İşlər Naziri Ukrayna ilə sülh danışıqlarına Qərbin sırıya biləcəyi hazırlıq olmadan başlamağa çağırıb. Diplomat Rusiyanın çox konkret tələblər irəli sürdüyünü xatırladıb.


Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər