Bütün xəbərlər
Putin İran prezidentinin səlahiyyətlərini icra edənə zəng edib
Tarix: 26-06-2024 23:57 | Bölmə: Manşet

Kremlin mətbuat xidməti xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin İran prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbərlə telefon danışığı aparıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, iki ölkə liderləri bütün əsas istiqamətlər üzrə gələcək əməkdaşlığı müzakirə edib, uğurlu birgə enerji və infrastruktur layihələrini xüsusilə qeyd ediblər.
Vladimir Putin iranlılara prezident seçkilərinin uğurlu keçməsini arzulayıb.
O, həmçinin ölkələr arasında dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
İranda prezident seçkiləri iyunun 28-nə təyin edilib. Erkən səsverməyə səbəb ölkə lideri İbrahim Rəisinin vəfatı olub. Mayın 19-da prezident helikopteri Azərbaycanla sərhədə yaxın ucqar dağlıq ərazidə qəzaya uğrayıb.


Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər