Bütün xəbərlər
Dövlət Departamenti Amerikanın Kiyevdəki səfirliyinin əməkdaşının öldüyünü təsdiqləyib
Tarix: 26-06-2024 23:44 | Bölmə: Manşet

ABŞ Dövlət Departamenti Kiyevdəki Amerika səfirliyinin əməkdaşının öldüyünü təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl Ukraynanın "Strana" nəşri Kiyev Hilton otelində ABŞ səfirliyinin attaşesinin cəsədinin tapılması barədə məlumat yayıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Amerika səfirliyi onların əməkdaşının yüksək xolesteroldan əziyyət çəkdiyini bildirib.
İndi attaşenin ölümünü Xarici İşlər Nazirliyinin sözçüsü Metyu Miller təsdiqləyib. O, mətbuat konfransında səfirlik əməkdaşının ölüm səbəbi ilə bağlı bunları deyib: “Bizim anlayışımıza görə, o, təbii səbəblərdən dünyasını dəyişib”.


Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər