Bütün xəbərlər
Rusiya Xarici İşlər Nazirliyi HƏMAS-a iki Rusiya vətəndaşının azad edilməsinin vacibliyini bildirib
Tarix: 25-06-2024 13:24 | Bölmə: Manşet

Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini - Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov HƏMAS Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk ilə görüşündə Qəzza zolağındakı vəziyyəti müzakirə edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, orada davam edən hərbi əməliyyatlar fonunda humanitar böhran fəlakətli həddə çatıb.
Rusiya Xarici İşlər Nazirliyinin Telegram-kanalında verdiyi məlumata görə, Rusiya tərəfi ötən il oktyabrın 7-də əsir götürülən və “Fələstin fraksiyaları tərəfindən saxlanılan iki rus mülki vətəndaşı – Aleksandr Lobanov və Aleksandr Trufanovun tezliklə azad edilməsinin zəruriliyinə diqqət çəkib".
Bundan əlavə, görüş zamanı tərəflər Fələstinin milli birliyinin bərpası perspektivlərinə dair fikir mübadiləsi aparıblar, Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.


Baxış sayı: 91


Bölməyə aid digər xəbərlər