Bütün xəbərlər
Peskov: "Trampın müşavirlərinin Ukrayna ilə bağlı planı döyüş meydanındakı vəziyyəti nəzərə almalıdır"
Tarix: 25-06-2024 12:08 | Bölmə: Manşet

Dmitri Peskov bildirib ki, Donald Trampın yenidən ABŞ prezidenti seçiləcəyi təqdirdə onun müşavirlərinin Ukrayna üzrə mümkün planı cəbhədəki vəziyyəti nəzərə almalıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibinin vurğuladığına görə, Moskva planı dəyərləndirmək üçün onun detalları ilə tanış olmalıdır.
Bundan əvvəl Tramp tərəfdarlarının mitinqində söz vermişdi ki, ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlsə, rəsmi səlahiyyətlərinin icrasına başlamazdan əvvəl də Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olacaq.
"Reuters" agentliyinin məlumatına görə, onun müşavirləri Kiyevi Moskva ilə sülh danışıqlarına “itələmək” planını təqdim ediblər və onlar bundan imtina etsələr, ABŞ-ın hərbi dəstəyi quruyacaq.
Peskov bu agentliyə verdiyi şərhdə vurğuladı ki, “hər hansı bir planın dəyəri nüanslarda və yerdəki işlərin real vəziyyətini nəzərə almaqdadır”.
O qeyd edib ki, Moskva dəqiq bilmir ki, söhbət hansı plandan gedir və orada nələr var. Eyni zamanda, Peskov xatırladıb ki, Rusiya danışıqlara açıqdır, lakin planı qiymətləndirmək üçün “ilk növbədə onunla tanış olmalıyıq”.
Rusiya dövlət başçısının mətbuat katibi Vladimir Putinin bu yaxınlarda sülh təklifləri irəli sürdüyünə, lakin “nə Qərb, nə də ukraynalıların özləri tərəfindən qəbul edilmədiyinə” diqqət çəkib.


Baxış sayı: 81


Bölməyə aid digər xəbərlər