Bütün xəbərlər
Tailand və Malayziya da daxil olmaqla 30-dan çox ölkə BRİKS-ə müraciət edib
Tarix: 25-06-2024 11:35 | Bölmə: Manşet

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, BRİKS-in işinə “bu və ya digər formada” qoşulmaq istəyən ölkələrin sayı durmadan artır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Tayland və Malayziya bu yaxınlarda ərizələrini təqdim edənlər arasındadır” -o, Primakov oxunuşları beynəlxalq forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, artıq 30-dan çox müraciət daxil olub. Hazırda bu assosiasiyanın tərəfdaş dövlətlərinin yeni kateqoriyasının meyarlarının razılaşdırılması, eləcə də belə statusun verilə biləcəyi ölkələrin təxmini siyahısının formalaşdırılması istiqamətində iş aparılır.
Rusiya prezidentinin köməkçisi həmçinin BRİKS-in yeni, daha ədalətli və bərabər dünya nizamının qurulmasında artan rolunu qeyd edib. Uşakovun sözlərinə görə, Rusiya assosiasiyanın geniş tərkibdə ilk sammitinin uğurlu və məhsuldar keçməsi üçün hər şeyi edəcək.
Daha əvvəl bildirilmişdi ki, Tailand oktyabrın 22-24-də Kazanda keçiriləcək sammitdə BRİKS-ə qoşulmağa ümid edir.


Baxış sayı: 75


Bölməyə aid digər xəbərlər