Bütün xəbərlər
Lavrov Minskə səfər edib və burada Lukaşenko ilə görüşəcək
Tarix: 24-06-2024 19:21 | Bölmə: Manşet

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarusa rəsmi səfərə gəlib - XİN rəhbərinin təyyarəsi Minsk hava limanına enib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, səfər Rusiya ilə Belarus arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümünə təsadüf edir.
Onun sözlərinə görə, rəsmi səfərin proqramına Rusiya diplomatiyasının rəhbəri ilə Belarus prezidenti Aleksandr Lukaşenko, Respublika Şurası və Milli Assambleya Nümayəndələr Palatasının sədrləri Natalya Koçanova və İqor Sergeenko arasında danışıqlar daxildir.
Respublikaya səfəri zamanı Sergey Lavrov Qələbə abidəsi önünə əklil qoyacaq, həmçinin ölkə Prezidenti yanında İdarəetmə Akademiyasının tələbələri və professor-müəllim heyəti qarşısında çıxış edəcək.


Baxış sayı: 86


Bölməyə aid digər xəbərlər