Bütün xəbərlər
Putin gözəl qəbula və səmimi qonaqpərvərliyə görə Kim Çen Ina təşəkkür edib
Tarix: 24-06-2024 11:48 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putin KXDR-ə səfərindən sonra qeyd edib ki, iki ölkə arasında münasibətlər görünməmiş strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidenti Pxenyana dövlət səfərinin xüsusi əhəmiyyətindən danışıb: Rusiya və KXDR qarşısında “səmərəli əməkdaşlıq üçün yeni üfüqlər” yaranıb və münasibətləri hərtərəfli strateji tərəfdaşlıq kimi xarakterizə etmək olar.
Şimali Koreya lideri Kim Çen Ina teleqramda Putin “gözəl qəbul və səmimi qonaqpərvərliyə” görə təşəkkür edib və Kim Çen Inın Rusiyada xoş qonaq olacağını qeyd edib.
Kremlin saytında dərc olunan teleqramda deyilir ki, Rusiya Federasiyasının prezidenti KXDR liderinə dövlət fəaliyyətində uğurlar, o cümlədən sağlamlıq və rifah arzulayıb.
Rusiya-Şimali Koreya danışıqları nəticəsində hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Putin bu sənədi həqiqətən də irəliləyiş adlandırıb və qeyd edib ki, saziş ölkələrə əldə etdikləri nailiyyətlərlə kifayətlənməyə deyil, qarşılıqlı əlaqələri yeni səviyyəyə qaldırmağa imkan verəcək.


Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər