Bütün xəbərlər
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyada yük maşınına hücum edib
Tarix: 22-06-2024 23:38 | Bölmə: Manşet

Amerikanın "MQ-1C Grey Eagle" kəşfiyyat və hücum pilotsuz təyyarəsi Suriyada yük maşınına çırpılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə Əbu Kamal şəhəri yaxınlığında baş verib. Rusiya ordusunun dəqiqləşdirdiyi kimi, pilotsuz təyyarə İraqın hava məkanından raket atıb. Zərbə nəticəsində bir neçə Suriya vətəndaşı həlak olub və yaralanıb.
Mərkəz həmçinin bildirib ki, son 24 saat ərzində Qərb hərbçiləri 8 dəfə pilotsuz təyyarələrin uçuş qaydalarını pozublar.
Bundan başqa, beynəlxalq koalisiyanın döyüş təyyarələri Suriyanın hava məkanını 11 dəfə pozub. Söhbət "F-15" və "Typhoon" qırıcılarından, "A-10" hücum təyyarələrindən və "MQ-9 Reaper" dronundan gedir.


Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər