14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
BD: Fransa Livana qoşunlarını İsraillə sərhəddə yerləşdirməkdə dəstəkləyəcək
Tarix: 21-06-2024 22:11 | Bölmə: Manşet

Beyrut təhlükəsizlik missiyası çərçivəsində Livan ordusunu İsraillə sərhəddə yerləşdirməyə qərar verərsə, Fransa onu dəstəkləyəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Breaking Defence"nin sitat gətirdiyi adı açıqlanmayan bir fransız rəsminin sözlərinə görə, Fransa Livana kömək üçün müxtəlif təşəbbüsləri nəzərdən keçirir.
"Biz Livan dövlətinin suverenliyini təmin etmək üçün Livanın cənubunda Livan Silahlı Qüvvələrinin gücləndirilmiş mövcudluğunu asanlaşdırmağa hazır olmalıyıq" deyib.
Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş etiraf etmişdi ki, İsrail və Livan sərhədində vəziyyətin gərginləşməsi səbəbindən Yaxın Şərqdə münaqişənin genişlənməsi riski realdır.
İyunun 18-də İDF Livanda hücum üçün döyüş planının təsdiqləndiyini elan edib.



Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər