Bütün xəbərlər
Peskov: "Putin və Vyetnam rəhbərliyi hədiyyə mübadiləsi aparıblar"
Tarix: 20-06-2024 22:48 | Bölmə: Manşet

Vladimir Putin Vyetnam rəhbərliyi ilə hədiyyə mübadiləsi aparıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Bundan əvvəl Rusiya lideri Şimali Koreya lideri Kim Çen Inla hədiyyə mübadiləsi aparıb. O cümlədən Putin “Arus” markalı avtomobil, admiral xəncəri və çay dəstini hədiyyə edib.
Buna cavab olaraq Şimali Koreya lideri Rusiya prezidentinə nadir Pungsan cinsindən olan iki ov iti hədiyyə edib. Onlar Şimali Koreyanın dağlarında yetişdiriliblər və demək olar ki, dünyanın heç bir yerində tapılmır.


Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər