Bütün xəbərlər
"Handelsblatt": Şolts SP-2-ni sanksiyalardan qorumaq üçün ABŞ-la razılaşmaq istəyirdi
Tarix: 20-06-2024 18:07 | Bölmə: Manşet

Almaniya kansleri Olaf Şolts Almaniyanın maliyyə naziri vəzifəsində çalışarkən Vaşinqtonun “Şimal axını 2” qaz kəmərinə qarşı sanksiyalarının qarşısını almaq üçün ABŞ-la gizli müqavilə bağlamaq istəyirdi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti Almaniya hökumətinin məxfi sənədlərinə istinadən yazır.
Nəşrin məlumatına görə, Şolts 2020-ci ilin yayında ABŞ-ın o vaxtkı lideri Donald Trampa məktub göndərərək Şimali Almaniya sahillərində maye qazın qəbulu üçün terminalların tikintisinə Almaniya büdcəsindən bir milyard avro sərmayə qoymağı təklif edib.
Bunun müqabilində Şolts qaz kəmərinə tətbiq edilən sanksiyaların ləğvini istəyib. Mənbə bildirir ki, ABŞ bu təklifi kobud şəkildə rədd edib.
Xatırladaq ki, “Şimal axını” qaz kəmərlərində təxribat 2022-ci ilin sentyabrında baş verib. Jurnalist Seymur Herşin öyrəndiyi kimi, bombalar norveçli həmkarlarının köməyi ilə ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıcları tərəfindən yerləşdirilib. Bəzi KİV-lərin məlumatına görə, partlayışların arxasında Ukraynayönlü qruplar dayana bilər.


Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər