Bütün xəbərlər
Hollandiyanın baş naziri Rutte NATO-nun baş katibi postuna yeganə namizəd olaraq qalır
Tarix: 20-06-2024 17:47 | Bölmə: Manşet

Rumıniya prezidenti Klaus Yohannes namizədliyini geri götürdükdən sonra Hollandiyanın baş naziri Mark Rutte NATO-nun baş katibi postuna yeganə namizəd olaraq qalıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “İnterfaks” agentliyinin yazdığına görə, Rutte alyansın bütün üzvlərinin, o cümlədən Rumıniyanın dəstəyini alıb.
Xatırladaq ki, Mark Rutte 2024-cü ilin fevralında baş katib postunu tutmaq istədiyini açıqlamışdı. Onun NATO üzvləri üçün müdafiə xərclərinin ÜDM-in 2%-nə qədər artırılmasını dəstəklədiyi məlumdur.
İyunun 18-də hərbi blokun hazırkı baş katibi Yens Stoltenberq alyansın yeni baş katiblə bağlı demək olar ki, qərar qəbul etdiyini açıqlayıb. Stoltenberq əlavə edib ki, Rutte böyük təcrübəyə malikdir və çox güclü namizəddir.


Baxış sayı: 86


Bölməyə aid digər xəbərlər